[:az]
AXCP üzvü Elnur Fərəcov 2016-cı ilin 7 dekabrında narkotik ittihamı ilə həbs edilib. O, Siyasi Məhbus Siyahısı üzrə İşçı Qrup və yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb. Həbsxana şəraitində xərçəng xəstəliyinə tutulan gənc fəal həbsdə olarkən aylarla səhvən vərəmdən müalicə olunub. Prezidentin 25 may 2018-ci il əfv sərəncam ilə azadlığa buraxılan fəal azad ediləndən 3 ay sonra dünyasını dəyişib.[:]