[:az]Mədəniyyət Sarayı Müsavat Partiyasına zal ayırmaqdan imtina edib[:]

by Gozetci

[:az]Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının rəhbərliyi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı tədbir keçirmək üçün Müsavat Partiyasına yer ayırmaqdan imtina edib.

Bu barədə Turan-a partiya sədri Arif Hacılı bildirib. O, partiyanın yubileyi qeyd etmək imkanlarından məhrum olunmasını hakimiyyətin Müsavat Partiyasına təzyiqi və AXC tarixinə qısqanclıq kimi qiymətləndirib.

Partiya tədbiri dekabrın 7-də saat 15:00-da öz mənzil qərargahında keçirəcək ki, burada akt zalında yerlər məhduddur.

Mədəniyyət Sarayının rəhbərliyi Müsavat Partiyasına zal ayırmaqdan imtina etməsinin səbəblərini şərh etməyib.

TURAN[:]

You may also like

Leave a Comment