[:en]
The reason for the detention was an attempt by the opposition to march through the streets of the city and repeat the route of students of Baku State University, which they passed on November 17, 1988.
Then hundreds of students and employees of enterprises went to the streets demanding to protect the rights of Azerbaijan in the Nagorno-Karabakh issue.
Then the march of students resulted in an indefinite rally, which lasted for three weeks on the main square of Baku and was dispersed by the Soviet army.[:az]
Bu haqda Turan-a Demokratik Qüvvələrin Milli Şurasından bildiriblər.
Məlumata görə, quruma üzv olan siyasi birliklərin yüzlərlə üzvü bu gün, noyabrın 17-də ziyarət üçün Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Ancaq əraziyə nəzarət edən hüquq mühafizə qurumları əməkdaşları onları xiyabana buraxmayıb.
Daha sonra ərziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifətçinin saxlanıldığı bildirilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalı Ruslan Qurbanlı da saxlanılanlar arasındadır. Onun bildirməsinə görə, 50-dən artıq müxalifətçi zorla avtobuslara doldurularaq Səbail rayon Polis İdarəsinə aparılıb. Saxlanılanlar arasında AXCP səderi Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin də olduğu bildirilir.
AXCP fəalının sözlərinə görə, sıravi müxalifətçilər hazırda idarənin həyətində saxlanılır. Onların arasında ürəyi gedənlərin olduğu bildirilir.
Hələlik rəsmi qurumlardan müxalifətçilərin saxlanılması ilə bağlı məluimat almaq mümkün olmayıb.
1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb. O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.
Hərəkat 17 gün davam edib və sonda sovet ordusunun zorakılığı ilə dağıdılıb.
1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.[:]