[:az]
“Hüquq Təşəbbüsü” layihəsinə əsasən Strasburqda hakimiyyətin onun ailə hüququnu pozduğuna inanırlar. Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin ilk dəfə olaraq Şimali Qafqaz regionunda məhkəmə proseslərində qadın hüquqlarının sistematik pozulması ilə əlaqədar olaraq gender ayrı-seçkiliyi məsələsini qaldırıb.

Tapayeva vəfat etmiş həyat yoldaşı ilə evlilikdə doğulmuş yeniyetmə yaşına çatmamış dörd uşağının ona qaytarılmasını tələb edir. Həyat yoldaşı 2015-ci ildə vəfat etdikdən sonra onun atası uşaqları anadan alib və ananın onlarla istənilən əlaqəsinə maneə yaradır.
Tapyeva yerli məhkəməyə müraciət edib və məhkəmə 2016-cı ildə həyat yoldaşının xeyrinə seçim edib. 2017-ci ildə Çeçenistanın Ali məhkəməsinə müraciət etdikdən sonra şəhər məhkəməsi Luizanın müdafiəsinə qalxaraq, uşaqların anaları ilə yaşamasına dair qərar qəbul edib. Lakin uşaqlar hələ də analarına qaytarılmayıblar.
Amerikanın Səsi[:]