[:az]
“Report”un məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırzadənin müavinin cəzası ağırlaşdırılıb.
Birinci instansiya məhkəməsinin hökmündə Zülfüqar Mikayılovun cəzasını ciddi rejimli müəssisədə çəkməsi nəzərdə tutulurdusa Bakı Apellyasiya Məhkəməsinin qərarında xüsusi rejimdə çəkilməsi qeyd olunub.
12 nəfərdən 11-i ilə bağlı hissədə hökmə heç bir dəyişiklik etməyib.
Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırzadə və daha bir neçə üzvü saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 20 ildən 13 ilə qədər azadlıqdan məhrum ediliblər.[:]