[:az]
“Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 6.1 və 6.3 (d) maddələrinin pozulmasından (ona qarşı cinayət ittihamının qanunsuzluğundan) şikayət edib. Avropa məhkəməsi həmin maddələrin pozulub-pozulmamağı ilə bağlı hökümətə suallar ünvanlayıb. Məhkəmə xüsusən cinayət işi üzrə mövcud olan sübutlarla bağlı xeyli suallar göndərib. O həmçinin iş üzrə sənədləri, o cümlədən məhkəmə iclasının protokolunu istəyib”, – vəkil yazıb.
Q. Zayidov Turan-a bildirib ki, indi həbsdə olanların şikayətinə növbədənkənar qaydada baxılmalıdır.
” Biz hər halda həbsdə deyilik”, – o, Turan-ın məhkəmənin 10 ildən sonra kommunikasiyaya başlaması ilə bağlı sualına belə cavab verib.
Hazırda Fransada mühacirətdə olan Q.Zayidov 2007-ci ildə bir qadının şahid ifadəsi əsasında ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib. Sonradan 2009-cu ildə həmin qadının özü narkotik maddə ittihamı ilə həbs edilib. Q.Zayidov 2010-cu ildə əfv olunaraq azadlığa buraxılıb. Baş redaktor ailəsi üçün təhlükənin yarandığını bildirərək Fransaya mühacirət edib.[:]