[:az]
Vəkilləri Əfqan Muxtarlıya verilən 6 il həbs hökmünün ləğv edilməsini və ona bəraət verilməsini istəyir. Onların sözlərinə görə apellyasiya məhkəməsinin qərarı ləngiyir və bu da öz növbəsində sonrakı prossedurları, eləcə də jurnalistin “zon”a köçürülməsi ləngiyir.
Məlumatda o da qeyd edilir ki, Ə. Muxtarlının saxlandığı saxlanma məntəqəsinin otağı çox darısqaldır. Hərəkətsizlik onun çəkisinin artmasına səbəb olub. Bu da onun normal nəfəs almasına problemlər yaradır, nəbzinin döyüntüsü 100-dən aşağı düşmür. Onun səhhətinin pisləşməsinə, baş verəcək istənilən gözlənilməz pis sürprizə görə İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyəti, eləcə də Əfqanı Gürcüstandan oğurlayıb təhvil verən Gürcüstan hakimiyyəti məsuliyyət daşıyacağı bildirilir.[:]