AXCP sədri Əli Kərimlinin apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci

Əli Kərimli

 

Dekabrın 5-də AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda şikayət təmin olunmayıb, həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

AXCP sədrinin müavini Seymur Həzi “Toplum TV”yə bildirib ki, Əli Kərimli məhkəmədə çıxış etməkdən imtina edib. Onun sözlərinə görə, partiya sədri bunu məhkəmələrin “qərarverici qüvvə” olmaması ilə əsaslandırıb. Həzi əlavə edib ki, Kərimli saxlanıldığı gündən etibarən istintaqa da ifadə verməyib və ittihamları absurd hesab edir.

Kərimliyə dəstək üçün məhkəmə binası önünə toplaşan AXCP fəallarının polis maneəsi ilə üzləşdiyi bildirilir. Partiyadan verilən məlumata görə, Apellyasiya Məhkəməsinin qarşısında saxlanılanlar olub. Saxlanılanlar arasında AXCP təşkilat şöbəsinin sədri Saqif Qurbanovun, Binəqədi rayon şöbəsinin sədri Ramid Nağıyevin və digər şəxslərin adı çəkilir.
AbzasMedia

You may also like