
Anar Məmmədli
Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən proses dövlət ittihamçısının Anar Məmmədliyə sulları ilə davam etdirilib.
Prosesdə dövlət ittihamçısının suallarını cavablandıran Anar Məmmədli bildirib ki, ifadəsində və ittiham aktında adları çəkilən beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi ona qarşı irəli sürülmüş cinayət ittihamlarına heç bir əsas vermir. O, həmçinin qeyd edib ki, ittihamda uydurulmuş faktlarla bağlı ittiham tərəfi bu barədə məlumatları həmin təşkilatlara sorğu göndərərək də dəqiqləşdirə bilər.
Dövlət ittihamçısı daha sonra SMDT-nin internet səhifəsinin və Gözətçi insan haqları platformanın media subyektləri kimi “Media haqqında” Qanunun tələblərinə uyğun qeydiyyatdan keçmədiyini bildirib. Məmmədlinin vəkilləri Elçin Sadıqov və Cavad Cavadov suala cavab olaraq, “Abzas Media” işi çərçivəsində Medianın İnkişafı Agentliyinə reyestrlə bağlı müstəntiqlər tərəfindən göndərilən informasiya sorğusuna verilmiş rəsmi cavab məktubuna istinad edibər. “Hakim tərəfindən həmin cavab məktubu məhkəmədə oxunub və burada qeyd edilib ki, faktiki olaraq bu qəbildən olan sosial media subyektlərinin qeydiyyata alınması ilə bağlı hər hansı məcburi tələb mövcud deyil”.
Sual-cavab əsnasında ittihamçı bir neçə dəfə Məmmədlinin cavablarını yarımçıq saxlayıb, müxtəlif qanunvericilik aktlarının adlarını çəkərək onlardan xəbərdar olub-olmadığını soruşub və ümumi xarakterli suallar verməyə davam edib.
Məmmədli ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.
Daha sonra ictimai fəal Anar Abdullayev sərbəst ifadəsini təqdim edib. İfadədən sonra dövlət ittihamçısı Abdullayevin oxuduğu qeydləri ittihamçıya təqdim edilməsini tələb edib. Abdullayevin vəkili Günay İsmayılova bu tələblə razılaşmayaraq bildirib ki, həmin ifadənin surətini növbəti iclasda təqdim edə bilərlər.
Ancaq ittiham tərəfi bu təklifi qəbul etmədiyindən, vəkil İsmayılova məhkəmə iclasının təxirə salınmasını xahiş edərək, növbəti iclasda ifadənin yenidən təqdim ediləcəyini qeyd edib.
Hakimlərin qısa müzakirədən sonra məhkəmə iclasının Anar Abdullayevlə bağlı hissəsinin təxirə salınmasına qərar verilib.
Növbəti məhkəmə iclası 17 noyabr saat 14:00-a təyin edilib.
* * *
On 27 October, the Baku Grave Crimes Court held the next hearing in the case of Anar Mammadli, the chairperson of the Election Monitoring and Democracy Studies Center (EMDS), and public activist Anar Abdullayev.
The hearing, presided over by Judge Aygun Qurbanova, continued with questions from the public prosecutor addressed to Anar Mammadli.
Responding to the prosecutor’s questions, Mammadli stated that his cooperation with the international organizations mentioned in the indictment and his earlier testimony does not provide any basis for the criminal charges brought against him. He further noted that the prosecution could verify the allegedly fabricated facts by directly requesting information from those organizations.
The public prosecutor then claimed that the EMDS website and the “Gozetci” human rights platform were not registered as media entities in accordance with the requirements of the Law “On Media.” In response, Mammadli’s lawyers, Elchin Sadigov and Javad Javadov, referred to an official letter from the Media Development Agency, submitted during the “Abzas Media” case, which clarified that there is no mandatory requirement for the registration of such social media entities. The judge read this letter aloud in court and confirmed the same.
During the questioning, the prosecutor repeatedly interrupted Mammadli’s answers, cited various legislative acts, and asked whether he was familiar with them, continuing to pose general and abstract questions.
Mammadli reaffirmed that the charges against him are unfounded.
Later, public activist Anar Abdullayev presented his free statement (oral testimony). After the statement, the prosecutor demanded that the written notes read by Abdullayev be handed over to the prosecution.
Abdullayev’s lawyer, Gunay Ismayilova, objected to this request, stating that they could submit a copy of the statement at the next hearing.
Since the prosecution did not agree to this proposal, lawyer Ismayilova requested an adjournment of the hearing to present the statement at the next session.
After a short deliberation, the judges decided to postpone the part of the hearing concerning Anar Abdullayev.
The next court hearing was scheduled for 17 November at 14:00.