
Bəşir Süleymanlı
İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlının növbəti məhkəmə prosesi keçirilib.
Hakim Vüqur Seyidovun sədrliyi ilə baş tutan məhkəmə iclası şahidlərin prosesdə iştirak etməməsi səbəbindən təxirə salınıb.
Məhkəmənin qərarına əsasən, növbəti iclas 9 iyul, saat 15:00-a təyin edilib.
Xatırladaq ki, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ötən il martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bəşir Süleymanlı ona qarşı sürülən ittihamları rədd edir.