
Əli Kərimli
Fevralın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.
AXCP-dən “Toplum TV”-yə verilən məlumatda deyilir ki, Səbail Rayon Məhkəməsi bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatını təmin edib.
Partiyadan o da bildirilib ki, Əli Kərimli hələ də istintaqa ifadə verməkdən imtina edir.
Əli Kərimli dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub.
Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Toplum TV