[:az]
Amma E.Sadiqov qeyd edib ki, bununla Meydan TV-nin bloklanmasının aradan qaldırılması yox, həmin bloklanmadan verilən şikayətə baxılması təmin edilib. «Nəticə necə olacaq, bunu isə məhkəmədən sonra biləcəyik», – vəkil bildirib.
Səbail rayon Məhkəməsi 2017-ci il mayın 12-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MeydanTV-nin yayımının məhdudlaşdırılması barədə müraciətini təmin etmişdi.
Azadlıq Radiosu[:]