[:az]Ali Məhkəmə Meydan TV ilə bağlı qərar qəbul edib[:]

by Gozetci

[:az]

Foto: Meydan TV

İş Apelyasiya Məhkəməsinə göndərilib

Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin Meydan TV ilə bağlı qərarını ləğv edib. Proses sentyabrın 10-da hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilib. İş yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib.

Vəkil bildirib ki, Səbail Rayon Məhkəməsi 2017-ci il 12 may tarixli qətnaməsi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Meydan TV-nin yayımının məhdudlaşdırılması haqda müraciətini təmin edib. Bakı Apelyasiya Məhkəməsi isə 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.[:]

You may also like

Leave a Comment