380

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verildi.
Məlumata görə, Kəsəmənli aprelin 24-də polis tərəfindən yaşadığı evindən aparılıb. “Bu gün isə o, ailə üzvlərinə zəng vuraraq bildirib ki, sosial şəbəkədə paylaşımına görə o, 15 sutka müddətinə həbs olunub. Lakin hansı maddə ilə həbs olunduğunu deməyib”.
Partiyada Kəsəmənlinin həbsini son günlər ərzində davam edən təzyiq kampaniysının davamı kimi əlaqələndiriblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Turan