[:az]
AXCP-nin məlumatına görə, inzibati həbs olunanlar məhkəmə iclasına gətirilməyib. Şikayəti vermiş vəkillər Bəhruz Bayramov (Ruslan Əmirovun vəkili), Fəxrəddin Mehdiyev ( Faiq Əmirovun vəkili) məhkəmə iclasında iştirak edib, apellyasiya şikayətini müdafiə ediblər.
Faiq Əmirov aprelin 8-də yaşadığı evin həyətində saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (karantin rejimin pozulması) ilə protokol tərtib olunub. Aprelin 9-da Səbayel Rayon Məhkəməsi onun barəsində 30 sutka inzibati həbs qərarı verib.
Ruslan Əmirov isə aprelin 9-da azyaşlı övladını həkimə apararkən (müfaviq kateqoriya üzrə SMS icazəsi olub) saxlanılıb və həmin gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 30 sutka inzibati qaydada həbsə məhkum edilib.
AXCP hər iki fəalın həbsini siyasi sifariş hesab edir.
DİN həbslərin siyasi motivli olduğunu inkar edir.
Turan[:]