[:az]
V.Xasməmmədov hüquq-mühafizə orqanlarına şikayət edib, ancaq heç bir tədbir görülməyib.
T.Xasməmmədovun sözlərinə görə, Z.Əzizov 2015-ci ildə ona qarşı təxribat törətmişdi. O zaman fəalı xuliqanlıq və bədən xəsarəti yetirmək ittihamı ilə 3 il azadlıqdan məhrum etmişdilər.
Sonradan T.Xasməmmədov əfv edilib və azadlığa buraxılıb. Lakin apreldə yenidən onun barəsində yol polisi əməkdaşına qarşı xuliqanlıq törətmək ittihamı ilə cinayət işi qaldırıblar.
T.Xasməmmədovun korrupsiya və insan hüquqları haqqında yazılarına görə yerli hakimiyyətlə onun arasında münaqişə yaranıb.[:]