[:az]
Fevralın 11-də Müsavat və Respublikaçı Alternativ partiyaları və D18 Hərəkatı, habelə iki müstəqil namizəd meriyaya bildiriş göndərərək seçkilərin saxtalaşdırılmasına etiraz olaraq bazar günü “28 may” metro stansiyasının yaxınlığında mitinq keçirmək niyyətini açıqlayıb.
Növbəti gün meriyası buna mənfi cavab verib. Ancaq bir neçə saatdan sonra fikrini dəyişib və mitinqi Lökbatanda keçirməyi təklif edib.
Fevralın 13-də təşkilatçılar yenidən meriyaya müraciət ediblər və mitinqi şəhərin mərkəzində keçirmək istədiklərini bildiriblər. Bu gün saat 17:00-da təşkilatçılar paytaxt Polis İdarəsinə çağırılıblar.
Turan[:]