[:az]
“Onun üzündə döyülmə izləri, qançır və göyərmələr var. Xüsusən, sol gözü ciddi xəsarət alıb. Qabırğası zədələnib, çiyni və ayağı yaralanıb. Buna görə o, çətinliklə yeriyir”, deyə vəkil bildirib. Bu gün onu müayinə üçün DİN-in hospitalına aparıblar, sonra isə geri qaytarıblar.
“Onu Nəsimi Rayon Polis İdarəsində bir neçə polis döyüb, kamer qarşısında peşman olduğu və hakimiyyəti tənqid etməkdən imtina etdiyi barədə bəyanat verməyi tələb ediblər”, deyə vəkil bildirib. DİN-dən şərh almaq mümkün olmayıb.
Turan[:]