[:az]
Avropa Şurasının mətbuat xidmətindən Turan-a verilən məlumata görə, onun Azərbaycanın parlament üzvləri, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Baş Prokurorluq və Prezident Administrasiyasının nümayəndələri, habelə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri planlaşdırılıb.
Məruzəçi həmçinin bir sıra siyasi məhbuslarla görüş istəyib.
Məruzəçinin səfəri iyunun əvvəllərinə planlaşdırılırdı, amma Azərbaycan tərəfin xahişi ilə təxirə salınıb.
Turan[:]