[:az]
Proses zamanı P.Aslanov bildirib ki, DTX əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı yazıların dərcinə görə təqib olunur.
Məhkəmə şikayəti təmin etməyib və jurnalisti həbsdə saxlayıb.
P.Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə ona qarşı irəli sürülmüş CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə əlaqədar onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Yerli və beynəlxalq təşkilatlar P.Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi jurnalist fəaliyyətidir
Turan[:]