Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

by Gozetci

Zabil Qəhrəmano

 

Martın 18-də Səbail Rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb və Zabil Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay müddətinə uzadılmasına qərar verilib.

Zabil Qəhrəmanov ötən il oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Sonradan ona qarşı əlavə ittihamlar irəli sürülüb.

Hazırda o, Cinayət Məcəlləsinin 4 maddəsi – 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.

Daha öncə – oktyabrın 8-də Vəkillər Kollegiyası Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Qərara əsasən, vəkil 6 ay fəaliyyət göstərə bilməyəcəkdi.

Zabil Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində ittiham olunan İlkin Süleymanovun vəkili kimi tanınır.

O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.

Toplum TV 

You may also like