Gültəkin Hacıbəyli: ‘Türkiyədən deport olunmağımla bağlı qərar təqdim olundu’

by Gozetci

Gültəkin Hacıbəyli

 

 

“Bu gün mənə 5 il müddətinə Türkiyədən deport olunmağımla bağlı rəsmi qərar təqdim olundu…”. Bunu Geri Göndərmə Mərkəzində saxlandığını bildirən Milli Şura üzvü Gültəkin Hacıbəyli dekabrın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətində yazıb.

“Mən heç bir hüquqi əsas olmadan noyabrın 29- dan Türkiyədə xüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanılmağımla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarını gözləmədən tələsik belə bir qərar qəbul edilməsi bu qərarın hüquqi deyil, siyasi əsaslarla verildiyini göstərir”, – o əlavə edib.

Bu müraciətə Türkiyə və Azərbaycan hakimiyyətinin münasibəti bəlli deyil. Amma bundan öncə Gültəkin Hacıbəylinin məsələsi Türkiyə Böyük Millət Məclisində də qaldırılıb. DEM Partiyasının Kocaeli millət vəkili Ömer Faruk Gergerlioğlu daxili işlər naziri Ali Yerlikayaya ünvanladığı 14 suallıq rəsmi sorğuda Hacıbəylinin saxlanılması, deportasiya prosesi və hüquqi əsaslarla bağlı geniş izahat tələb etmişdi.

AzadlıqRadiosu

You may also like