AŞPA-nın sessiyasının gündəliyinə Laçın yolundakı vəziyyətə dair məsələ daxil edilib

by Gozetci

Avropa Şurası Parlament Assambleyası  yay sessiyasının gündəliyinə “Laçın dəhlizi vasitəsilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi” məsələsinin “təcili qaydada” müzakirəsini daxil edib.

Avropa Şurasının mətbuat xidmətindən bildiriblər ki, debatlar iyunun 22-də axşam keçiriləcək.

Müzakirənin məruzəçisi İrlandiyadan olan parlamentari Pol Gevandır.

Bundan öncə Gevan Avropa Şurası Parlament Assambleyasında Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri barədə məruzə hazırlayaraq təqdim edib.

Turan 

You may also like