
Salayevin işini yaxından izləyən ABŞ səfirliyi Azərbaycan hakimiyyətini onu azad etməyə çağırıb və onun ədalətsiz saxlanıldığını bildirib. ABŞ səfirliyinin nümayəndəsi Turan İnformasiya Agentliyi ilə söhbətində deyib: “Əlizamin Salayevin aclıq elan etdiyi barədə məlumatlar bizə məlumdur. Onun işini yaxından izləməyə davam edirik.
Amerika Birləşmiş Ştatları hələ də insan hüquqlarına və əsas azadlıqlara hörmətin təbliğinə sadiqdir. Biz hakimiyyəti Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq sazişlərə dair öhdəliklərinə uyğun olaraq vətəndaşların hüquqlarının müdafiəsi üçün addımlar atmağa çağırırıq.
ABŞ səfirliyi ədalətsiz saxlanılanları azad etməyə çağırıbBirləşmiş Ştatlar Azərbaycan hakimiyyətini insan haqlarını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə ədalətsiz və ya özbaşına saxlanılan bütün şəxsləri azad etməyə çağırmağa davam edir”.
Turan