Müsəlman Birliyi Hərəkatının üzvlərinin saxlandığı bildirilir

by Gozetci

20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət etdikləri üçün Müsəlman Birliyi Hərəkatının (MBH) 7 üzvünü keçmiş Nardaran məhbusu Etibar İsmayılov, inanclı fəal Həsən Abbaszadə, Qarabağ Qazisi Rasif Çırağov , Qarabağ Qazisi Alik Aslanov və ictimai fəallar İmran Məmmədli, Elçibəy Həsənbəyli və Nizami Əhməd  polis bölməsinə aparılıb.  Bu barədə MBH-dən bildiriblər.

Ötən gecə saxlanan 7 nəfərdən 4 nəfəri bu gün sərbəst buraxılsa da, Həsən Abbaszadə, Nizami Əhməd və İmran Məmmədli haqqında məlumat verilmir.

Bu gün isə MBH-nin daha iki üzvü Tərlan Sayadov və Rövşən Əliyev polis bölməsinə aparılıb.

DİN-dən məlumat almaq mümkün olmayıb.

Turan

You may also like

Leave a Comment