Dini fəal Ağaəli Yəhyayev 30 sutka müddətinə həbs edilib Cəmiyyət

by Gozetci

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan dini fəal Ağaəli Yəhyayev cümə günü axşam saatlarında 30 sutkalıq  inzibati həbs cəzasına məhkum edilib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə təqsirli bilib.

Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun barəsində hökm elan edilən zaman Yəhyayev  və daha 4 fəal məhkəmə binasının yaxınlığında saxlanılıb.

Onlardan ikisi – Süleyman Ələkbərov və Mail Kərimli axşam saatlarında sərbəst buraxılıblar, bu barədə hüquq müdafiəçisi Arzu Abdulla bildirib.

Daha iki saxlanılan fəalın  – İmran Məmmədli və Elgiz Məmmədovun taleyi naməlum olaraq qalır.

Turan

You may also like

Leave a Comment