Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

by Gozetci

Əli Əsədov bununla bağlı qərar imzalayıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılıb.

Bu barədə, Baş nazir Əli Əsədov dekabrın 22-də qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının törədə biləcəyi fəsadların qarşısını almaq məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılıb.

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ildən tətbiq edilir.

Sonuncu dəfə karantin rejiminin uzadılması haqqında qərar oktyabrın 29-da verilib.

Həmin gün xüsusi karantin rejimi yanvarın 1-dək uzadılıb.

Meydan TV

You may also like

Leave a Comment