AŞPA Azərbaycanda siyasi məhbuslar probleminin müzakirəsini planlaşdırır

by Gozetci

Mayın 17-də Avropa Şurası Parlament Assambleyasının  Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsində Azərbaycanda siyasi məhbuslar və ölkə hökumətinin Avropa Şurası qarşısındakı öhdəliklərinini yerinə yetirməsinə dair ictimai müzakirələr planlaşdırılıb. Bu barədə Turan-a Avropa Şurası Parlament Assambleyasındakı mənbələrdən məlum olub.

Debatlarda beynəlxalq qeyri-hökumət təşkilatları nümayəndələrinin, həmçinin siyasi mühacirətdə olan azərbaycanlı fəalların iştirakı gözlənilir.

Dinləmələrdə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, İslandiyadan deputat Sunna Evarsdottirin çıxışı gözlənilir.

Hüquq müdafiəçilərinin qiymətləndirməsinə görə, hətta martda prezidentin əfv fərmanından sonra, 40-a yaxın siyasi məhbus azad edildikdən sonra Azərbaycan həbsxanalarında 100-dən çox adam qalır. Onlar müxalifətyönlü  fəaliyyətə, öz siyasi və dini baxışlarını gerçəkləşdirdiklərinə görə təqib olunurlar.

Turan

You may also like

Leave a Comment