
O, E.Həsənzadənin CM-in 147.1. (böhtan) və 148-ci (təhqir) maddələrilə cəlb edilməsini istəyib.
İddiaya səbəb sosial şəbəkələrdə məmur haqqında tənqidi yazılardır. Bundan öncə Ş.Mustafayev Mingəçevir şəhər rəhbərliyini tənqid etdiyinə görə blogeri kirayə mənzilindən çıxartdırıb.
Əvvəllər Mingəçevir məhkəməsi onların hər ikisinin barəsində bir il islah işləri ilə bağlı hökm çıxarıb. Blogerlər hökmdən şikayət ediblər, lakin Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb, sadəcə, müddəti azaldıb.
E.Həsənzadə hüquq-müdafiə fəaliyyətilə də məşğul olub, əvvəllər Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin redaktor müavini olub.
Turan