[:az]
SMDT hesab edir ki, karantin dönəmində Nazirlər Kabinetinin vətəndaşların konstitusion hüquq və azadlıqlarını ölkə miqyasında məhdudlaşdıran və ya qadağan edən qərarlar qəbul etməsi konstitusion səlahiyyətləri çərçivəsində olmayıb. Konstitusiyanın 71-ci maddəsi dövlət orqanlarının yalnız konstitusion əsasda və qanunla müəyyən edilmiş hüdudlarda fəaliyyət göstərməsini müəyyən etsə də, pandemiya ilə mübarizədə fövqəladə hallara dair xüsusi hüquqi rejim tətbiq edilib, ancaq bunun üçün konstitusion hüquqi əsaslar mövcud olmayıb.
SMDT həmçinin tövsiyyə edir ki, məhkəmələr inzibati xətalarla bağlı hallara daha ədalətli yanaşmalı, inzibati pozuntulara görə saxlanmış şəxslərin iradəsinə zidd olaraq video və foto çəkilişlərin aparılmasına son qoymalıdı. Bununla yanaşı ölkədə dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etmadsızlıq mühitinin aradan qalxması, habelə siyasi böhranın dərinləşməsinin qarşısının alınması üçün siyasi motivlərlə həbs olunmuş şəxslərin işləri obyektiv araşdırılmalı, Avropa Şurası Parlament Assambleyası və yerli hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslər azadlığa buraxılmalıdı.
Daha ətraflı buradan tanış ola bilərsiniz.[:]