AXCP fəalı 15 gün müddətinə həbs edilib (yenilənib)

by Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Qaçay Qafarov iyulun 6-da 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Göyçay Rayon Məhkəməsi Qafarovu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəni (polisə tabe olmama) pozmaqda təqsirli bilib.

Bu barədə Turan-a AXCP-dən bildiriblər.

————-

Göyçayda AXCP fəalı saxlanılıb

Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Qaçay Qafaroviyulun 4-də Göyçay rayonunda saxlanılıb.

O, Yalman kəndində qoyun otararkən mülki geyimli 4 şəxs tərəfindən saxlanılıb,bu barədə gəncin atası Alışan Qafarov bildirib.

Atanın sözlərinə görə, rayon polis şöbəsinin növbətçi hissəsindən ona bildiriblərki, oğlu facebook-dakı nəşrlərinə görə saxlanılıb. Amma onun məhz hansıhüquqpozmada təqsirli bilindiyi dəqiqləşdirilmir. Bu gün Qafarov məhkəməqarşısına çıxarılacaq.

AXCP-də onun saxlanılmasının səbəbinin sosial şəbəkələrdə polisi tənqid etməsiola biləcəyinə inanırlar. Belə ki Polis Günündə (iyulun 1-də) Qafarov vətəndaşlaraqarşı zorakılıq ilə əlaqədar polisi təbrik etməyəcəyini yazıb.

Turan[:]

You may also like

Leave a Comment