[:az]
DİN rəhbərliyi həmin polis əməkdaşını işdən azad edib və barəsində xidməti yoxlama aparılmasına dair qərar qəbul edib.
Təhqir edilmiş qadına gəlincə, o, Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub və ondan üzr istənilib, məlumatda deyilir.
Lakin DİN qalmaqallı videoçəkilişi polislərin özlərinin etdiklərini söyləməyə utanır. Həmin çəkilişlərdə eşidilir ki, polislərdən biri digərinə deyir: “4-cü mərtəbədən bizi çəkən qadını götürdünüz?” Bu, sadəcə, qeyri-etik davranışdan yox, birbaşa polis tərəfindən qanunun pozulmasından xəbər verir.
Xatırladaq ki, sosial şəbəkələrdə ölkə ictimaiyyətinin narazılığına səbəb olan kadrlarda polis əməkdaşı qadını təhqir edərək ona bir neçə dəfə “sən dovşansan, dovşan və sənin ərin də dovşandır” deyib.
Bloqer Həbib Müntəzirin məlumatına görə, sözügedən polis əməkdaşı İlahiyyat Universitetinin məzunu Yusif Bəbiroğludur (1987-ci ildə anadan olub).
Turan[:]