AXCP sədri Əli Kərilinin istintaqı yekunlaşıb

by Gozetci

Əli Kərimli

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli və bu partiyanın Ali Məclisinin katibi Məmməd İbrahimin ittiham olunduğu cinayət işi üzrə istintaq yekunlaşıb.

Yaxın günlərdə istintaq orqanı hazırladığı ittiham aktını Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərməldir.

Yayılan məlumatlara görə, Əli Kərimli və Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Məsələ ilə bağlı istintaq qurumundan rəsmi münasibət öyrənmək mümkün olmayıb.

Əli Kərimli və Məmməd İbrahim daha öncə ictimaiyyətə açıqlamalarında ittihamı rədd ediblər, siyasi sifarişlə həbs olunduqlarını bildiriblər. Üstəlik, Əli Kərimli ümumiyyətlə istintaqa ifadə vermədiyini qeyd edib.

Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.

AzadlıqRadiosu

You may also like