Dövlət ittihamçısı Anar Məmmədlinin 14, Anar Abdullanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

by Gozetci

Anar Məmmədli

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror Vusal Mehrəliyev çıxış edərək məhkəmədən 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Anar Məmmədlinin 14 il, Anar Abdullanın (Abdullayevin) isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclasında Anar Məmmədlinin vəkilləri ittihamın aydınlaşdırılması, müdafiə üçün zəruri məlumatların toplanılması, iş üzrə mütəxəssis və ekspertlərin məhkəmə iclasına dəvət edilməsi və ekspert rəyində ayrıca müstəqil hesablamanın, metodologiyanın və araşdırmanın gedişinin tam şəkildə izah olunmasını tələb edən vəsatətlər təqdim ediblər. Müdafiə tərəfi məhkəmədən 24 fevral 2025-ci il tarixli məhkəmə-mühasibat ekspertizasının müəllifi olan ekspertin və 27 yanvar 2025-ci il tarixli mütəxəssis rəyini hazırlayan şəxs(lər)in məhkəmə iclasına çağırılmasını xahiş edib.

Müdafiə tərəfi hesab edir ki, 24 fevral 2025-ci il tarixli 9/1176 nömrəli məhkəmə-mühasibat ekspertiza rəyi ittihamın əsas sübutlarından biridir. Çünki Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 213-cü (vergilərdən yayınma) maddələri üzrə irəli sürülən ittihamlar bu rəyə və ona əsas olan 27 yanvar 2025-ci il tarixli mütəxəssis rəyinə söykənir. Buna görə də müdafiə tərəfi həmin rəyin məhkəmə tərəfindən ciddi və hərtərəfli yoxlanılmalı olduğunu hesab edir. Vəsatətdə ittihamın əsasını təşkil edən ekspert rəyi müstəqil elmi araşdırmanın nəticəsi deyil, əvvəlki mütəxəssis rəyindəki hesablamaların formal təsdiqindən ibarət olduğu bildirilir. Müdafiə tərəfi ekspert və mütəxəssisin dindirilməsini, onlara təqdim edilmiş materialların və istifadə olunmuş metodikanın açıqlanmasını, habelə alınacaq izahatlardan sonra zərurət yaranacağı təqdirdə təkrar ekspertiza təyin olunması barədə vəsatət vermək hüququnun təmin edilməsini xahiş edib.

Məhkəmə vəkillər tərəfindən verilən bütün vəsatətləri heç bir əsaslandırma etmədən rədd edib.

Məhkəmənin növbəti iclası 7 avqust saat 14:00-a təyin edilib.

Anar Məmmədlinin hüquqlarını müdafiə edən hüquqşünas Emin Abbasov bildirir ki, artıq 27 aydır davam edən istintaq və məhkəmə araşdırması dövründə bütün siyasi işlərdə olduğu kimi Azərbaycan dövləti ölkənin konstitusiyasına, qanunlarına və onun tərəf olduğu beynəlxalq konvensiyaların tələblərinə zidd olaraq saxta istintaq və məhkəmə hərəkətləri ilə Anar Məmmədlini, Anar Abdullanı və bütün digər siyasi məhbusları qanunsuz olaraq həbs yerlərində saxlayır.

Həmçinin hüquqşünas qeyd edir ki, istintaq orqanları Anar Məmmədli də daxil olmaqla vətəndaş cəmiyyətinə qarşı irəli sürdükləri ittihamların heç bir epizodunu sübut etməyə nail ola bilməyib.

Təkcə Anar Məmmədli işində bu qurama ittihamın obyektiv və qərəzsiz araşdırılması və müdafiə işinin aparılması məqsədi ilə 30-dan çox tələbin yer aldığı çox sayda vəsatət heç bir əsaslandırma olmadan təmin edilməyib. İrəli sürülən ittihamların hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmələrdə verilmiş çox sayda vəsatətləri Bakı Ağır Cinayətlər Məhkəməsi müstəqil məhkəmə orqanı kimi nəzərdən keçirə bilməyib və onları ard-arda ya rədd edib, ya da baxılmamış saxlayıb.

Anar Məmmədliyə qarşı ittiham

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sonradan ona qarşı ittihamlar ağırlaşdırılıb.

Məmmədli və Abdullayev hazırda Azərbaycan Cinayət Məcəlləsinin 192.3.2 (Qanunsuz sahibkarlıq – xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş leqallaşdırma – mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş leqallaşdırma – xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 320.1 və 320.2-ci (Rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, istifadə etmə) maddələri ilə ittiham edilir.

Anar Məmmədli Azərbaycanda müstəqil seçki müşahidəçiliyi, insan hüquqlarının monitorinqi və müdafiəsi sahəsindəki fəaliyyətlərinə görə əvvəllər müxtəlif hüquqi təqiblərə məruz qalıb.

Məmmədli 2013-cü il prezident seçkiləri ilə bağlı hazırladığı tənqidi seçki müşahidə hesabatlarına görə siyasi motivli ittihamlarla 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi 2018-ci ildə onun həbsinin dövlətin hakimiyyətdən sui-istifadə etməklə azadlıq hüququnu pozması kimi qiymətləndirib və Konvensiyanın 5-ci və 18-ci maddələrinin pozulduğunu müəyyən edib. Məmmədli 27 aydan sonra 2016-cı ildə azadlığa buraxılıb. Məmmədli Azərbaycana qarşı (ərizə № 47145/14) işi üzrə qərarın icrasına nəzarət çərçivəsində Avropa Şurası Nazirlər Komitəsi son yeddi il ərzində Anar Məmmədlinin hüquqlarının tam bərpasını tələb edən azı 26 qərar və 4 aralıq qətnamə qəbul edib. Lakin Azərbaycan höküməti rəsmi olaraq Məmmədliyə qarşı əvvəlki məhkumluğun tam aradan qalxdığını iddia etsə də, hazırki ittiham üzrə o əvvəllər məhkum edilmiş şəxs kimi müəyyən edilir və bu hal onun hazırki yeni cinayət işində hüquqi vəziyyətini daha da ağırlaşdırır.

Bundan başqa Məmmədlinin həm-təsisçisi və sədri olduğu iki qeyri-hökumət təşkilatının da fəaliyyəti davamlı olaraq qeyri-qanuni müdaxilələrə məruz qalıb. Avropa Məhkəməsi Seçkilərin Monitorinqi Mərkəzi və Digərləri Azərbaycana qarşı (ərizə № 64733/09) və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və Digərləri Azərbaycana qarşı (ərizə № 70981/11) işləri üzrə qərarlarında ictimai birliyin ləğvini və dövlət qeydiyyatından əsassız imtinanı birləşmək azadlığının pozulması kimi müəyyən edib. Azərbaycan hakimiyyəti həmin qərarları icra edəcəyinə dair publik və rəsmi vədlər versə də, həmin qərarları bu günədək icra etməkdən imtina edir.

Bu hallar xüsusi əhəmiyyət kəsb edir. Çünki, Anar Məmmədliyə qarşı irəli sürülən ittihamın əsası SMDT-nin dövlət qeydiyyatından keçməməsini “qanunsuz fəaliyyət” kimi təqdim edən ittiham yanaşmasına söykənir. Halbuki SMDT-nin qeydiyyatından imtina Avropa Məhkəməsi tərəfindən qanunsuz hesab edilib və Azərbaycan hökuməti onun qeydiyyata alınacağını öhdəsinə götürüb.

Qeydiyyatı olmayan ictimai birliklərə qarşı bu qanunsuz yanaşma Avropa Məhkəməsinin Cəfərov Azərbaycana qarşı (Ərizə №. 69981/14) işində müəyyən etdiyi hüquqi prinsiplərlə də açıq ziddiyyət təşkil edir. Məhkəmə həmin işdə qeyd edib ki, QHT-lərin dövlət qeydiyyatı, qrantların qeydiyyatı və inzibati tələblərlə bağlı qanunvericiliyin formal və özbaşına tətbiqi vətəndaş cəmiyyəti nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilməz. Belə hallarda cinayət hüquqi təqibi Konvensiyanın 18-ci maddəsi ilə birlikdə 5-ci maddəsinin pozuntusunu təşkil edir və bu tədbirlərin əsl məqsədi müstəqil vətəndaş cəmiyyətini cəzalandırmaq və susdurmaq kimi qəbul edilir.

Hüquqşünas Emin Abbasov vurğulayır ki, siyasi motivli ittihamlar üzrə ədalətli məhkəmə araşdırması görüntüsü yaratmağa xidmət edən formal məhkəmə prosesləri əslində bütün qanunsuzluqları və özbaşınalıqları sənədləşdirmək üçün mühüm əhəmiyyət daşıyır.

Hüquqşünas hesab edir ki, hüquq və qanunların sistematik və təkrarlanan pozulması halları hüququn özünü aradan qaldırmamalı və onu aşındırmamalıdır. İstintaq və məhkəmə orqanlarının iştirakçılığı ilə aparılan bu qanunsuz hüquqi təqiblərindən müdafiə işi davam etdirilməlidir.

Prosecutor seeks 14-year prison sentence for Anar Mammadli and 13 years for Anar Abdulla (Abdullayev)

At today’s hearing before the Baku Serious Crimes Court, the public prosecutor, Vusal Mehraliyev, requested the court to sentence Anar Mammadli to 14 years’ imprisonment and Anar Abdulla (Abdullayev) to 13 years’ imprisonment, and to deprive both of the right to hold certain positions for a period of three years.

During the hearing, Anar Mammadli’s lawyers submitted several motions seeking clarification of the charges, the collection of information necessary for the defence, and the appearance before the court of the experts and specialists involved in the case. They also requested that the methodology, independent calculations and the process underlying the expert report be fully explained. In particular, the defence asked the court to summon the author of the forensic accounting expert report dated 24 February 2025, as well as the person(s) who prepared the specialist opinion dated 27 January 2025, to testify before the court.

The defence argued that the forensic accounting expert report No. 9/1176, dated 24 February 2025, constitutes one of the principal pieces of evidence relied upon by the prosecution. The charges under Articles 192 (illegal entrepreneurship) and 213 (tax evasion) of the Criminal Code are based on that report and on the specialist opinion dated 27 January 2025 on which it relies. For this reason, the defence submitted that the report must be subjected to thorough and careful examination by the court. The motion further states that the expert report underpinning the prosecution is not the result of an independent scientific assessment but merely a formal endorsement of the calculations contained in the earlier specialist opinion. The defence therefore requested the examination of both the expert and the specialist before the court, disclosure of the materials provided to them and the methodology they used, and the preservation of its right to request a repeat expert examination should this become necessary in light of their testimony.

The court dismissed all motions submitted by the defence without providing any reasoning.

The next court hearing is scheduled for August 7 at 14:00.

Emin Abbasov, the lawyer representing Anar Mammadli, stated that throughout the 27 months of investigation and trial proceedings, as in other politically motivated cases in Azerbaijan, the authorities have continued to unlawfully detain Anar Mammadli, Anar Abdulla and other political prisoners through sham investigative and judicial proceedings conducted in clear violation of the Constitution of Azerbaijan, domestic legislation and the country’s obligations under international human rights treaties.

Abbasov further noted that the prosecution has failed to substantiate any of the allegations brought against Anar Mammadli and other representatives of civil society. He stressed that the Baku Grave Crimes Court has failed to examine numerous defence motions seeking a comprehensive and objective examination of the charges as an independent and impartial tribunal, instead repeatedly dismissing them without justification or leaving them without consideration.

According to Abbasov, in Anar Mammadli’s case alone, throughout the court processes, the defence has submitted many motions containing more than 30 specific requests aimed at ensuring an objective and impartial examination of the fabricated charges and the effective exercise of the right to defence. None of these requests has been granted, and all were rejected without any reasoning.

Charges against Mammadli

Anar Mammadli was arrested on 29 April 2024. He was initially charged under Article 206.3.2 of the Criminal Code (smuggling committed by a group of persons acting in prior collusion). The charges against him were subsequently expanded and made more severe.

Mammadli and Abdulla (Abdullayev) are currently charged under Articles 192.3.2 (illegal entrepreneurship resulting in especially large-scale income), 193-1.3.1 (money laundering committed by an organised group or criminal organisation), 193-1.3.2 (money laundering involving a substantial amount), 206.4 (smuggling committed by an organised group), 213.2.1 (tax evasion), and 320.1 and 320.2 (forgery, unlawful preparation and use of official documents) of the Criminal Code of Azerbaijan.

Anar Mammadli has been subjected to repeated legal persecution for his work on independent election observation, human rights monitoring and the protection of human rights in Azerbaijan.

In 2014, he was sentenced to five years and six months’ imprisonment on politically motivated charges in retaliation for his critical election observation reports on the 2013 presidential election. In 2018, the European Court of Human Rights found that his detention had been used for an improper purpose, in violation of Articles 5 and 18 of the European Convention on Human Rights. Mammadli was released in 2016 after serving 27 months in prison. Since then, in the context of supervising the execution of the judgment in Mammadli v. Azerbaijan (Application No. 47145/14), the Committee of Ministers of the Council of Europe has adopted at least 26 decisions and 4 interim resolutions over the past seven years calling for the full restoration of his rights. Although the Azerbaijani Government has officially claimed that the legal consequences of Mammadli’s previous conviction have been fully removed, in the present criminal proceedings he is nevertheless treated as a person with a previous criminal conviction.

In addition, two non-governmental organisations founded and chaired by Mammadli have also been subjected to unlawful interference. In Election Monitoring Centre and Others v. Azerbaijan (Application No. 64733/09) and Election Monitoring and Democracy Studies Centre and Others v. Azerbaijan (Application No. 70981/11), the European Court of Human Rights found violations of the right to freedom of association, ruling that the dissolution of the first organisation and the arbitrary refusal to register the second organisation violated Article 11 of the Convention. Although the Azerbaijani authorities have publicly and officially committed themselves to registering these organisations in execution of the Court’s judgments, they have failed to implement those judgments to this day.

These circumstances are of particular significance. This is because the charges brought against Anar Mammadli are fundamentally based on treating the lack of state registration of the Election Monitoring and Democracy Studies Centre (EMDSC) as automatically constituting “illegal activity.”

However, the European Court of Human Rights found the refusal to register the EMDSC to be unlawful, and the Azerbaijani Government undertook to ensure its registration. This unlawful approach towards unregistered public associations is also in clear contradiction with the legal principles established by the European Court of Human Rights in Rasul Jafarov v Azerbaijan, (Appl.no.  69981/14). In that judgment, the Court held that the formalistic and arbitrary application of legislation concerning the state registration of NGOs, the registration of grants, and related administrative requirements, resulting in the criminal prosecution of civil society representatives, amounted to a violation of Article 5 taken in conjunction with Article 18 of the Convention. The Court further found that the true purpose of those measures was to punish and silence independent civil society.

Lawyer Emin Abbasov emphasises that formal court proceedings, which serve to create the appearance of a fair trial in politically motivated prosecutions, are in fact of significant importance for documenting all instances of unlawfulness and arbitrariness. The lawyer considers that, despite the systematic and repeated violations of law and legal norms, such practices must not eliminate or erode the law itself. The legal defence against these unlawful prosecutions, carried out with the participation of the investigative authorities and the courts, must therefore continue.

You may also like