
Zabil Qəhrəmanov
Vəkil Zabil Qəhrəmanov haqqında həbs-qətimkan tədbirinin müddətcə daha iki ay uzadılması qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayev şikayəti təmin etməyib.
Zabil Qəhrəmanovun istintaq dövrü üçün həbs müddətinin iyulun 23-dək artırılması barədə qərar qüvvədə qalıb. Bu barədə AzadlıqRadiosuna həbsdə olan vəkilin yaxınları məlumat verib:
“Sonuncu dəfə həbs-qətimkan tədbirinin uzadılması üçün təqdimatı müdafiə edəndə demişdilər ki, istintaq hələ başa çatmayıb, müəyyən istintaq hərəkətləri aparılmalıdır. Bu müddətdə Zabil Qəhrəmanovun həbsdə qalması məqsədəuyğundur. Bizdə olan məlumata görə, istintaq yaxın günlərdə yekunlaşacaq və iş məhkəməyə göndəriləcək”.
Zabil Qəhrəmanov haqqında həbs-qətimkan tədbirinin müddəti sonuncu (üçüncü) dəfə mayın 16-da Baş prokurorun təqdimatı əsasında Səbail rayon Məhkəməsində daha 2 ay 7 gün uzadılıb.
AzadlıqRadiosu