
Ceyhun Novruzov
AXCP Səbail rayon şöbəsinin sədri Ceyhun Novruzova 25 sutka inzibati həbs verildiyi bildirilir
Bu barədə martın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvləri məlumat yayıb.
Onların sözlərinə görə, Ceyhun Novruzov İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 (Xırda xuliqanlıq) və 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib.
Partiya üzvlərinin məlumatında o da qeyd edilib ki, bir neçə gün öncə Ceyhun Novruzov özünün sosial media hesabında piyadaları “qanunsuz şəkildə cərimələyən” yol polis əməkdaşlarını tənqid edərək, onların barəsində ölçü götürülməsini tələb edib.
Hazırda AXCP-nin sədr Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü isə uzunmüddətli həbsdədir.
Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Toplum TV