Polis Müsavat Partiyasının aksiyası zamanı jurnalistlərə fiziki təzyiq göstərib

by Gozetci

Noyabrın 15-də İranın Azərbaycandakı səfirliyinin yaxınlığında Müsavat Partiyasının etiraz aksiyasının dağıdılması zamanı jurnalistlər də xəsarət alıb.

Media Hüququ Qrupunun məlumatında ​​deyilir ki, aksiyanı işıqlandıran bir qrup jurnalist etirazçıları dağıdan polisin kobud rəftarına məruz qalıb.

Əsasən jurnalistlər-frilanserlər Dilarə Miriyeva, Elnarə Qasımova, “Meydan” TV-nin əməkdaşları Aysel Umudova və Aytac Tapdıq, “Azadlıq” qəzetinin reportyoru Fatimə Mövlamlı fiziki təzyiqlərə məruz qalıblar.

Onların çəkiliş etməsiə və məlumat toplamasına zorakılıqla müşayiət olunan maneələr yaradıblar, məlumatda qeyd olunur.

Turan 

You may also like

Leave a Comment