
Onun sözlərinə görə, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək. Müdafiə tərəfi hesab edir ki, istintaq həbsdə saxlanılmadan də aparıla bilər.
*Rəşad Ramazanov bu il mayın 20-də saxlanılıb, ertəsi gün isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) 4 ay müddətinə həbs edilib. O 5 ildən 12 ilədək azadlıqdan məhrum oluna bilər.
Bundan öncə Rəşad Ramazanov 2013-cü ilin mayında həbs olunmuşdu və külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Yerli hüquq-müdafiə təşkilatları həbsin əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyətin tənqidi olduğunu bildiriblər və Ramazanovu siyasi məhbus kimi tanıyıblar. 2019-cu ilin martında dövlət başçısı tərəfindən əfv edilib.
Turan