Bakı sakini əlillik müavinəyinin kəsilməsidən şikayətçidir

by Gozetci

Həsən Məmmədov əlillik müavinətinin kəsilməsindən şikayətçidir.  “Gözətçi” xəbər verir ki, o, əlilliyinin yenidən təyin olunması üçün müraciət etsə də, ona Tibbi-Sosial Ekspet Komissiyasından imtina cavabı gəlib.

“Bu ilin mart ayından əlillik pensiyamın 5 illik müddəti bitib. Həmin vaxtdan da həm pensiya, həm də  xəstəliyimlə əlaqədar verilən dərman yardımı kəsilib. Sabunçuda 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicədə olmuşam. Əlilliyin yenidən təyin olunması üçün müraciət etsəm də, imtina cavabı gəlib”.

Həsən Məmmədovun diaqnozu ürək çatışmazlığıdır, infarkt keçirib. Əməliyyat olunub, 2013-cü ildən buna görə pensiya alır.

You may also like