
Mənzil sahibləri məhkəməyə, Abşeron İcra Hakimiyyətinə, prokurorluğa şikayət edərək pullarını tələb ediblər. Amma əllərində sənədlərin olmasına baxmayaraq, nə mənzilləri var, nə də pullarını geri qaytarırlar. Dövlər orqanları da sakinlərə rədd cavabı verir.
Yüzlərlə ailə AAAF Park şirkətinin dələduzluğunun qurbanı olub.
AAAF Parkın nümayəndəsinin dediyinə görə, şikayətçilərin iradları nəzərə alınıb, tikintiyə əlavə qüvvələr cəlb olunub və tikinti tempi gücləndirilib.
Bugünki aksiya zamanı şirkət rəhbərləri vətəndaşlara söz veriblər ki, bu ilin sonunadək mənzillər təhvil veriləcək.
Turan