Lənkəranda polis rəisi AXCP şöbə sədrini həbslə hədələyib

by Gozetci

Nazim Həsənovdan siyasi fəaliyyətini dayandırmaq tələb olunur.

AXCP Lənkəran rayon şöbəsinin sədri Nazim Həsənov bu gün əsassız şəkildə rayon polis şöbəsinə aparılıb.

Yaşadığı evdən polis nəfəri Natiq Məmmədovun müşaiyətilə polis şöbəsinə gedən Nazim Həsənovu polis rəisi əvəzi Yelmar Mehtiyev qarşılayıb.

İki saatdan artıq çəkən söhbətdə Yelmar Mehtiyev, Nazim Həsənovu siyasi fəaliyyətindən əl çəkməyə məcbur etmək istəyib. Kobud şəkildə həbslə hədələyərək, ondan tələb edib ki, siyasi fəaliyyətini dayandırsın, sosial şəbəkələrdə yazılarla çıxış etməsin.

Azadlıq Qəzeti

You may also like

Leave a Comment