[:az]
Hazırda ölkədə fövqəladə vəziyət elan edilmədiyi halda insanlardan sərt karantin rejimində yaşamaq tələb olunur. Əgər ölkədə bu cür yaşam qaydalarını şərtləndirən kritik durum varsa, hökumət qaydaları vacib edən faktorları açıqlayıb üzərinə adekvat öhdəliklər götürməli və cəmiyyətə izahat verməlidir. Yalnız bu haldan sonra vətəndaşlar sərt karantin qaydalarının zəruriliyini qəbul edə bilər. Şübhəsizdir ki, hökumət özü ilə xalq arasında uçurumu dərinləşdirir, dövlət strukturlarına onsuz da mövcud olan inamsızlığı maksimum həddə çatdırır.
Biz hökumətdən 7 və 8 iyun tarixlərində Bakının Yasamal rayonu və polis zorakılığının müşahidə olunduğu digər yerlərdə polisin hər bir zorakı addımının zəruriliyini sübut edən dəlilləri ictimailəşdirməsini, əks halda zorakılıq göstərən polis nəfərləri və onlara əmr verən zabit heyəti barədə ölçü götürülməsini tələb edirik.
[:]