[:az]
Bəyanatda qeyd edilir ki, martın 17-də Azərbaycan Parlamenti informasiya haqqında qanuna COVİD-19 böhranı şəraitində dezinformasiyaya görə məhkəmə nəzarəti olmadan cəza nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Fond hesab edir ki, bu dəyişikliklər jurnalistləri və azad KİV-ləri çoxdan təqib edən hakimiyyət tərəfindən sui-istifadə hallarına gətirib çıxara bilər. Qanunvericilik cəmiyyətin sağlamlığının keşiyində durmalıdır, KİV-in azadlığının daha da məhdudlaşdırılması üçün istifadə edilməməlidir.
Belə ki, martın 8-də polis COVİD-19-a qarşı mübarizə bəhanəsi ilə müxalif D18 qrupunu ofisini tərk etməyə məcbur edib.
Martın 23-də polis müxalifət liderlərindən birini – Tofiq Yaqublunu şübhəli xuliqanlıq ittihamı ilə həbs edib. Martın 21-23-də guya karantini pozduğuna görə inzibati qaydada həbs edilmiş iki digər siyasi fəal hakimiyyətin hədəfinə çevrilib.
Martın 30-da hüquq müdafiəçisi Elçin Məmmədin sübut edilməmiş oğurluq ittihamı ilə saxlanıldığı məlum olub.
Prezident Əliyev Novruzla əlaqədar bayram nitqində hakimiyyətin COVİD-19 böhranından satqın və “beşinci kolon” adlandırdığı müxalifətin “təcridi” üçün istifadə etdiyini anons edib. Bu dil hakimiyyətin 2014-cü ildə tənqidi səslərə qarşı geniş miqyaslı repressiyalar zamanı istifadə etdiyi dilə çox bənzəyir.
“Böhranlar zamanı dövlət orqanları açıq fəaliyyət göstərməli, vaxtında informasiya əldə edilməsini təmin etməlidir. Biz Azərbaycan hakimiyyətinin COVİD-19 pandemiyasından hüquq müdafiə təşkilatlarının boğulması üçün istifadə etmək cəhdlərini diqqətlə izləyəcəyik.
Azərbaycan hakimiyyəti böhran zamanı öz vətəndaşlarını, o cümlədən hüquq müdafiəçilərini qorumaq öhdəliyi daşıyır”, deyə İnsan Hüquqları Evləri Fondu vəkillərinin sədri Deyv Elseruad qeyd edib.
Turan[:]