[:az]
“T.Yaqublunun telefonu polis tərəfindən heç bir qanuni əsas olmadan alınıb. Onun statuslarının (Facebook-da) silinməsi bir daha onu sübut edir ki, T.Yaqublu ifadə azdlığına, yazılarına görə həbs edilib. Bunun baş vercəyini ehtimal edərək T.Yaqublunun həbsinə səbəb olan statuslarını screen etmişdim”,- vəkil bildirib.
Onun sözlərinə görə, bu, şəxsi həyata müdaxilə, həm də ifadə azadlığının pozulması deməkdir. Bu həm də Avropa Konvensiyasının, eləcə də Azərbaycan CM-in müvafiq maddələrinin pozulması deməkdir.
T.Yaqublu martın 22-də yol qəzasından sonra saxlanılıb. Digər avtomobil T.Yaqublunun maşınını vurub, sürücü isə müxalifətçiyə hücum edib. Ancaq T.Yaqublunu saxlayıblar, xuliqanlıqda ittiham ediblər, məhkəmə onu üç ay müddətinə həbs edib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları siyasətçinin uydurma ittihamla həbsini pisləyiblər və onun dərhal azadlığa buraxılmasını tələb edib.
Turan[:]