[:az]“Paşabank”dan yazan repçinin saxlanıldığı deyilir[:]

by Gozetci

[:az]Pərviz Quluzadənin “Bandotdel”də saxlanıldığı haqda məlumatlar var

“Paster” ləqəbli repçi Pərviz Quluzadənin saxlanıldığı deyilir. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, repçi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.

Onun artıq 4 gündür “Bandotdel” kimi tanınan həmin idarədə saxlanıldığı bildirilir.

Buna səbəb kimi onun dekabrın 9-da yazdığı ‘’Gang’’ adlı repində ‘’Paşabank’’ haqqında “Götürəcəyəm ölkəni necə Paşabank” deməsi göstərilir.

Yaxınları güman edir ki, ona saxlanıldığı zaman təzyiq göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, iş vaxtı olmadığından bu suala cavab verə bilməzlər.

Meydan TV[:]

You may also like

Leave a Comment