[:az]Müsavat Partiyası sədrinin müavini 15 sutka həbs edilib[:]

by Gozetci

[:az]

Müsavat Partiyası sədrinin müavini Razim Əmiraslanlı  polisə müqavimət ittihamı ilə 15 sutka həbs edilib. Bu barədə onun vəkili Nemət Kərimli bildirib. O xatırladıb ki, müxalifətçi noyabrın 11-də saxlanılaraq Binəqədi Rayon Məhkəməsinə aparılıb.

Hələlik R.Əmiraslanlı  noyabrın 12-də Bakı meriyasının qarşısında keçirilən icazəsiz piket ərəfəsində həbs edilən yeganə müsavatçıdır.

Noyabrın 12-də saxlanılan Mustafa Hacıbəyli haqda məlumat yoxdur. O, evdən çıxarkən polis tərəfindən saxlanılıb.

Turan[:]

You may also like

Leave a Comment