[:az]
“O, mənə kobud davrandı, peşə fəaliyyətimə müdaxilə etdi. Bununla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa rəsmi müraciət edəcək, həmçinin Faiq İlyasovu peşə fəaliyyətimə mane olduğuna görə məhkəməyə verəcəyəm”.
Xatırladaq ki, Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlının evi polislər tərəfindən mühasirəyə alınıb. Y.Sadıqlının sözlərinə görə Müsavat Partiyasının Lənkəran təşkilatının ümumi yığıncağının keçirilməsi planlaşdırılırdı. Mayor rütbəli birisi deyib ki, icazə almaq lazımdı.[:]