[:az]
Məhkəmə X.İsmayılovanın sınaq müddətinin ləğvi barədə vəsatətini təmin etməyib və xaricə səfərə qadağanı aradan qaldırmayıb.
“Ölkədən çıxışın məhdudlaşdırılması jurnalistin hüququnun və peşə fəaliyyətinin ciddi şəkildə məhdudlaşdırılmasıdır”, – Dezir Tvitterdəki mikrobloqunda yazıb.
Pen America və Freedom House təşkilatları da Xədicə İsmayılovanın barəsində Ali Məhkəmənin qərarını pisləyən bəyanatlar veriblər.
* Korrupsiya faktlarının araşdırılması ilə tanınan X.İsmayılova 2014-cü ilin dekabrında həbs edilib. Sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 7,5 ilmüddətinə mühakimə edilib. 2016-cı ilin mayında Ali Məhkəmə onun real həbs müddətini beş il sınaq müddəti olmaqla 3,5 il şərti cəza ilə əvəzləyib. 2016-cı ilin avqustunda Bakı Apellyasiya Məhkəməsi sınaq müddətini dəyişməyərək şərti cəzanın müddətini 2 il 3 ayadək azaldıb.
Turan[:]