[:az]
Atanı əks halda oğlunu Almaniya həbs edib Azərbaycana gətirməklə hədələyiblər.
Aprelin 4-də Z.Cəbiyevin qardaşını Sumqayıtdakı Bakı Steel Company müəssisəsindən işdən çıxmaq barədə ərizə yazmağa məcbur ediblər.
Digər fəal Səbuhi İsmayılovun anası Leyla İsmayılovanı Bakıdakı 285 saylı orta məktəbin direktor müavini vəzifəsindən çıxarıblar, onu öz vəzifəsini yerinə yetirməməkdə ittiham ediblər. Ona bildiriblər ki, ailə üzvü müxalif düşüncəli olan şəxs vəzifədə işləyə bilməz.
Ziya və Elsevər Əhədovların da ailə üzvləri təzyiqlərə məruz qalıblar. Mayın 7-də İmişli rayon polis şöbəsinin əməkdaşı və İcra Hakimiyyətinin nümayəndəsi E.Əhədovun qaynatasının evinə gələrək kürəkəninin və onun həyat yoldaşının harada olduğunu soruşublar. Ona deyiblər ki, əgər kürəkəni və onun qardaşı hakimiyyətə qarşı tənqidlərə son qoymasalar onların qohumları üçün pis olacaq. Taleh Bağırzadənin başına gələnləri xatırladıblar.
Diaspordakı mənbələrin məlumatına görə, 47 siyasi mühacirin qohumlarına təzyiq göstərilib.
Camal Seyidlinin və Pərviz Abdullayevin qardaşları həbs edilib. İsgəndər Səfərlinin iki yeznəsi həbs edilib. Elşən Hüseynovun atası bir sutka polisdə saxlanılıb.
Mənbə: Turan[:]