[:az]Nazir tank mərmisinin vətəndaşın evinə düşməsini təsdiqləyib[:]

by Gozetci

[:az]Müdafiə naziri Zakir Həsənov etiraf edib ki, milli ordunun təlimləri zamanı buraxılmış mərmi Gəncə şəhərində yaşayış evinə düşüb.

Bu gün jurnalistlərlə görüşdə o bildirib ki, “bu, təlim mərmisi idi”. O, döyüş mərmisi olsaydı tələfat qaçılmaz olardı.

Nazir iddia edir ki, mərmi qayaya dəyib, 18 km-ə yaxın sıçrayaraq evə düşüb. Bu hadisə ilə əlaqədar təlim dayandırılıb. Hadisə yerində komissiya işləyir, hadisənin səbəblərini araşdırır.

Müdafiə Nazirliyi ev sahibinə dəyən ziyanı ödəyəcək, deyə nazir bildirib.

 

TURAN[:]

You may also like

Leave a Comment